Çingiz Əsədullayev “AGBank”dakı payını artırıb

Çingiz Əsədullayev “AGBank”dakı payını artırıb
# 19 noyabr 2015 12:13 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayev nizamnamə kapitalında payını 23,096%-dən 23,270%-dək artırıb.

Bundan başqa, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb.

Bankdan xəbəri “APA-Economics”ə təsdiqləyiblər. Bildirilib ki, minoritar səhmdarlar öz paylarını C. Əsədullayevə satıblar.

Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR