İsmayıllıda avtomobil, Ağstafada - 4 otaqlı ev yanıb

İsmayıllıda avtomobil, Ağstafada - 4 otaqlı ev yanıb
# 01 noyabr 2016 23:51 (UTC +04:00)

İsmayıllı və Ağstafa rayonlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin qabaq şiti və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Ağstafa rayonu, Aşağı Göycəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisinin tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR