Mərkəzi Bank 100 mln. manat cəlb edir

Mərkəzi Bank 100 mln. manat cəlb edir
# 05 oktyabr 2017 08:23 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "APA-Economics"ə verilən xəbərə görə, oktyabrın 9-da keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR