Masallıda üç yaşlı uşağın qolu ətçəkən maşında qalıb

Masallıda üç yaşlı uşağın qolu ətçəkən maşında qalıb
# 26 noyabr 2016 11:01 (UTC +04:00)

Masallıda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün satt 12.10 radələrində rayonun Qızılağac kəndində qeydə alınıb. Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib.
Nəticədə uşağın sağ qolu dirsəyinə qədər elektrik ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar.

MRX-dən APA-nın yerli bürosuna bildirilib ki, qolu ət maşınında qalan 2013-cü il təvəllüdlü Şahanə Pərviz qızı Əsgərova olub. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan MRX-da onun Bakı Travmatologiya İnstitutuna çatdırılması tövsiyə olunub.

Ağəddin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR