Avropanın satış təlimləri üzrə №1 beynəlxalq mütəxəssisi “Gilan Holding”də təlim keçib

Avropanın satış təlimləri üzrə №1 beynəlxalq mütəxəssisi “Gilan Holding”də təlim keçib
# 29 noyabr 2016 11:30 (UTC +04:00)

Avropanın satış təlimləri üzrə № 1 beynəlxalq səviyyəli mütəxəssisi, “Dünyanın ən yaxşı satıcısı” və satışların idarə edilməsi sahəsində digər çoxsaylı uğur, titul və mükafatların sahibi Maykl Banq (Michael Bang) “Gilan Holding”in əməkdaşlarına təlim və seminar təşkil edib. “APA-Economics”in məlumatına görə, M. Banq müxtəlif məhsul və xidmətlərin satışı, həmçinin investisiyaların cəlb edilməsi sahəsində 30 ildən artıq şəxsi təcrübəyə malikdir. Bu təlimlərin nəticəsində əməkdaşlar və onun seminarlarının iştirakçıları qısa bir müddətdə işin sadə və effektiv sistemini öyrənirlər.

M. Banq “Heineken”, “Nestle”, “Whirlpool”, “Toyota”, “Toshiba”, “Renault”, “Volvo”, “Land Rover”, “Unilever”, “Meqafon” və dünya səviyyəsində tanınmış bir çox şirkətlərin rəhbərliklərinə və işçi heyətinə təlimlər və seminarlar təşkil edib. O, dünyanın satış üzrə ən tələb olunan təlimlərindən biridir. Hər il M. Banq 10 000-dən artıq iştirakçı olmaqla 150-dən artıq təlim təşkil edir.

Onun təşkil etdiyi təlimlər məxsusi olaraq qısa bir müddətdə maksimal nəticə əldə etmək istəyənlər üçün hazırlanıb. “APA-Economics”ə açıqlamasında M. Banq bildirib ki, bu gün hər bir insan ekstremal bir dünyada yaşayır: “Biz hazırda həlli təcili olan problemlərin öhdəsindən keçməliyik. Bu problemlərin və çağırışların həlli nəticəsində istənilən biznes növü daha uğurla fəaliyyət göstərə bilər. Artıq 4 gündür ki, “Gilan Holding” üçün məxsusi təlimlər keçiririk. Bu təlimlərdə araşdırılan əsas məsələ daha səmərəli fəaliyyət göstərmək, tabeçiliyimizdə olan insan resurslarını nə cür daha səmərəli şəkildə idarə edə bilməsidir”.

Mütəxəssis bildirib ki, ikinci amil isə bizim xidmətlərimiz və məhsullarımızın fəaliyyət göstərdiyimiz bazarda satışının daha səmərəli şəkildə qurulması ilə əlaqələndirilir: “Odur ki, bu iki amilin birləşməsi, yəni insan resurslarının idarə olunması, habelə satışların daha səmərəli şəkildə təşkil edilməsi bugünkü dünyanın rəqabətli və sərt bazarı şəraitində həddən ziyadə vacib faktordur. Bundan əlavə, biz fikirləşirik ki, insanlar hazırda onlara əta edilmiş potensialı tam və səmərəli şəkildə istifadə etmirlər. Odur ki, mən həqiqətən düşünürəm ki, biz bu potensialı daha da təkmil şəkildə edə bilərik. Odur ki, bizim araşdırdığımız məsələlərdən biri də insan potensialıdır. Biz həqiqətən inanırıq ki, hazırda istifadə etdiyimiz insan potensialından qat-qat çox tərzdə və səviyyədə istifadə edə bilərik”.

O qeyd edib ki, döyüş növləri üzrə təlimlər və məşqlər təşkil etdikdə, görüb ki, onların təlim və təşkili əslində biznesin təlim və təşkilinə həddən ziyadə bənzəyir: “Prinsiplər və əsas məsələlər demək olar ki, eynidir. Bir qayda olaraq biz idmanda tətbiq olunan prinsipləri mənimsəyirik və onları biznes sahəsinə keçiririk. Bunun sayəsində biznes fəaliyyəti daha səmərəli şəkildə icra olunmağa başlayır. İnanırıq ki, bu təlimlərin nəticəsində insanlar daha səmərəli şəkildə fəaliyyət göstərəcək, daha nikbin, mübariz olacaqlar. Məqsədimiz odur ki, insanlar müvafiq baryerləri aşaraq həm özlərinin, həm şirkətin təyin etdiyi məqsədlərə nail olsunlar”.

Qeyd edək ki, təlim-seminar 4 gün müddətində “Badamdar Kempinski Hotel”də təşkil edilib. Bu təlimlərdə hər gün təqribən 100 nəfərə yaxın insan iştirak edib. 4 gün ərzində isə bu təlimlərdə 400 nəfərə yaxın insan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR