YAP Tərtər rayon təşkilatının yeni binasının açılışı olub

YAP Tərtər rayon təşkilatının yeni binasının açılışı olub
# 03 dekabr 2016 07:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, prezident rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub.

Məlumat verilib ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.

Ümumi sahəsi 510 kvadratmetr olan ikimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb.

Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR