Bakı. Rüfət Əhmədzadə – APA. Niderland və Avstraliyanın Ukraynaya göndərdiyi ekspertlər Malayziya təyyarəsinin qəzaya uğradığı yerdə cəsədlərin axtarışına başlayıblar.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Niderlandın təhlükəsizlik və ədliyyə nazirliyindən bildiriblər.
“Hazırda 70-ə yaxın mütəxəssis qəza bölgəsindədir. Onlar bir neçə yerdə axtarış aparırlar”, – deyə nazirliyin məlumatında qeyd olunur.
Qeyd edək ki, ötən gün qəza yerinə baş çəkmiş ATƏT müşahidəçiləri ərazidə hələ də cəsədlərin qaldığını bildiriblər.