BMT: “Quş qripi”nin yeni növü aşkarlanıb

BMT: “Quş qripi”nin yeni növü aşkarlanıb
# 23 sentyabr 2014 07:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu xəbərdarlıqla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib.

Bildirilir ki, H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib. Hələlik bu virus insanlarda aşkarlanmasa da, FAO onun regionun iqtisadiyyatı və heyvandarlığı üçün təhlükəli olduğunu bəyan edib: “Söhbət dünyanın sıx məskunlaşmış və quşçuluğun inkişaf etdiyi regionundan - Çin və Cənub-Şərqi Asiyadan gedir. Məslən, Çində təkcə ayrı-ayrı ailələr deyil, kiçik və iri kommersiya təsərrüfatları da quş saxlayırlar. Ona görə də nəticələr daha təhlükəli ola bilər”.

FAO Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin hökumətlərini “quş qripi” virusunun aşkarlanması səylərini artırmağa və onun insana mümkün keçməsinin monitorinqini aparmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR