Tiflisdə beynəlxalq kinofestival keçirilir - FOTO

Tiflisdə beynəlxalq kinofestival keçirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 08:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə beynəlxalq kinofestival keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 2-də “Amirani” kinoteatrında festivalın açılışı olub. Festival çərçivəsində görkəmli gürcü rejissoru Eldar Şenqelayanın 80 illiyi də qeyd olunacaq.

Festivalın baş direktoru Qaqa Çxeidze bildirib ki, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Almaniya, İtaliya, Fransa, Polşa, Ukrayna və digər ölkələrin kinorejissorları iştirak edir.

Kinofestival çərçivəsində dekabrın 5-də azərbaycanlı rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” filmi və dekabrın 6-da isə Ayaz Salayevin “Ağ karvan” bədii filmi də nümayiş olunacaq. Tədbir dekabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR