Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə öldürülüb - VİDEO

Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə öldürülüb - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2013 08:03 (UTC +04:00)

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 14-cü məhəllə, ev 12/21 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Siyəzən sakini, 45 yaşlı Arzu Mehbalı qızı Nəcəfovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gələrək araşdırmalara başlayıblar. Araşdırmalar zamanı qadının 2-3 gün əvvəl qətlə yetirildiyi müəyyənləşib.

Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR