Bakının 53 saylı orta məktəbində Əli Əmirlinin “Şah Qacar” tamaşasının müzakirəsi keçirilib

 Bakının 53 saylı orta məktəbində Əli Əmirlinin “Şah Qacar”  tamaşasının müzakirəsi keçirilib
# 10 yanvar 2014 16:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakının 53 saylı orta məktəbində Əli Əmirlinin Akademik Milli Dram Teatrında səhnələşdirilmiş “Şah Qacar” adlı tamaşasının müzakirəsi keçirilib.

Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, müzakirədə tamaşanın quruluşçu rejissoru, xalq artisti Azər Paşa Nemətov, Şah Qacar rolunun ifaçısı, xalq artisti Fuad Poladov və başqaları iştirak edib.

Məktəbin direktoru Firəngiz Həsənova məktəb kollektivinin maraqla baxdığı “Şah Qacar” tamaşası haqqında fikirlərini bildirməklə yanaşı, məktəblə teatr arasındakı münasibətlərdən danışıb, teatrın gənclərin estetik tərbiyəsinin və dünyagörüşünün formalaşmasında, mədəni səviyyələrinin artmasındakı rolundan söhbət açıb.

Qonaqlar Ağa Məhəmməd şah Qacar, onun yaşadığı, fəaliyyət göstərdiyi zaman, tamaşanın hazırlanması, dramaturq işi, rejissor həlli, aktyor oyunu haqqında müəllimlərin və şagirdlərin suallarına cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR