Azərbaycanın xarici işlər naziri BMT-nin baş komissarı ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri BMT-nin baş komissarı ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 09:13 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınlarının vəziyyətinin yaxşılaşdırılması və onların işi üzrə agentliyinin baş katibi və baş komissarı Filippo Qrandi ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Filippo Qrandi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barəsində məlumat verərək, əsas məqsədlərinin fələstinli qaçqınlara yardım edilməsi və bu sahədə əməkdaşlığın əlaqələndirilməsi olduğunu bildirib və Azərbaycanın təşkilata töhfəsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycanın beynəlxalq səviyyədə etdiyi humanitar yardımları barəsində ətraflı məlumat verərək, XİN-in nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və onun fəaliyyəti haqqında danışıb, birgə əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR