Ermənistanda prezident seçkilərində 60,05% seçici iştirak edib

Ermənistanda prezident seçkilərində 60,05% seçici iştirak edib
# 18 fevral 2013 19:01 (UTC +04:00)

Bakı-APA. Ermənistan Mərkəzi Seçki komissiyası prezident seçkilərində iştirak etmiş seçicilər barədə məlumat açıqlayıb. Bu barədə APA PanARMENIAN.Net-ə istinadən məlumat verir.

Ermənistan MKS-nın sədri Tiqran Mukuçyanın məlumatına görə, seçkilərdə 1 518 407 və yaxud 60,05 % seçici iştirak edib.

Paytaxt İrəvanda 445 338 və yaxud 53,99% seçici səs verib.

Seçki məntəqələri yerli vaxtla 20:00 bağlanıb. Seçkinin nəticələri barədə ilk məlumatlar Bakı vaxtı ilə 23.00-də veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR