Azərbaycan prezidenti Xorvatiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Xorvatiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 06 fevral 2013 14:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Xorvatiya prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlət başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırıb. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini deyib.

Dövlət başçısı prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR