Sabah Azərbaycan paytaxtında buludlu, az yağıntılı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında buludlu, az yağıntılı hava şəraiti proqnozlaşdırılır
# 02 fevral 2013 08:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR