“Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

“Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 aprel 2013 09:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Milli Olimpiya Komitəsində Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, H. Əliyev müasir Azərbaycan dövlətinin banisi kimi ölkənin sabahını təmin edəcək gəncliyin formalaşmasında möhkəm bünövrə yaradıb. Onun fikrincə, artıq bu istiqamətdə H. Əliyevin arzuları reallaşıb: “Azərbaycan gəncinin səsi gur gəlir və dövlətin adının qürurla çəkilməsi üçün gəncliyin fəaliyyəti göz qabağındadır. Heydər Əliyev zamanında gənclərin dövlət strukturlarında irəli çəkilməsi haqda göstəriş vermişdi. Bu gün artıq bu uzaqgörən siyasət öz bəhrəsini verib. Hazırda 300-dən artıq bələdiyyə üzvü gəncdir. Son iki il ərzində isə işə qəbul olunanların 60-62 faizi gənclərdir. 1990-cı illərdə dövlət büdcəsindən gənclər sektoruna ayrılan vəsait 5 min dollar idisə, hazırda bu məbləğ 25 milyon avroya çatıb. Postsovet ölkələrinin bir çoxu bu məlumatı təəccüblə qarşılayırlar. Bütün bunlar dövlətin gənclərə nə qədər önəm verdiyi anlamına gəlir. Bu gün prezident İlham Əliyev də həmin siyasəti həm davam etdirir, həm də yeni-yeni uğurlara imza atır”.

İ. Babayev bəzi gəncləri fəaliyyətlərinə görə tənqid edib: “Bu gün bəzi gənclər var ki, müstəqillik tarixi qədər yaşları var və həmin tarixi prosesləri görməyiblər. Onlar kənar təsirlərə məruz qalırlar. Hesab edirəm ki, dövlətin inkişaf dövrünü əhatə edən vəziyyəti gənclərimizin zaman-zaman diqqətinə çatdırmalıyıq”.

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev və digər natiqlər də Heydər Əliyevin gənclər siyasəti, idmanın inkişafı üçün atdığı addımlar, gənclərin beynəlxalq yarışlarda uğur qazanması üçün göstərdiyi fəaliyyətə diqqəti yönəldiblər.

Qeyd edək ki, konfrans Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR