Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTO

Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 06 mart 2015 12:45 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstanda həqiqətən ədalətli, şəffaf və təhlükəsiz investisiya mühiti yaradılıb və ölkəmizdə investisiya yatırımının hər bir senti dövlət tərəfindən qanunla müdafiə olunacaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Batumidə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumunda bildirib.

Baş nazir qeyd edib ki, hökumət ölkənin iqtisadiyyatının inkişaf etdirilməsinə qayğı ilə yanaşacaq və biznesə dəstək verəcək.

İ. Qaribaşvili çıxışında son illər Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinin getdikcə inkişaf edərək ən məhsuldar bir dövrə gəlib çatdığını bildirib: "Mən əminəm ki, bu ənənə davam edəcək və bizim ölkələrin əməkdaşlığı daha maraqlı və uğurlu layihələrin həyata keçirilməsinə gətirib çıxardacaq. Gürcüstan, Azərbaycan və Türkiyənin potensiyalı var və biz Şərq ilə Qərb arasında, həmçinin regionda keyfiyyətli iqtisadi əlaqələrdə əsas və əhəmiyyətli oyunçu olacağıq".

Forum çərçivəsində Gürcüstanın baş naziri Türkiyə və Azərbaycan iqtisadiyyat nazirləri ilə görüşüb və onlara biznes və iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Batumidə keçirilən tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR