Masallıda keçmiş məhkumun həyətyanı sahəsində çətənə kolları aşkarlanıb

Masallıda keçmiş məhkumun həyətyanı sahəsində çətənə kolları aşkarlanıb
# 31 may 2016 09:22 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda keçmiş məhkumun həyətyanı sahəsindən narkotik tərkibli bitki aşkarlanıb. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, polis əməkdaşları keçmiş məhkum, rayonun Köçəkli kənd sakini, 45 yaşlı İntiqam Teyyub oğlu Axundova məxsus həyətyanı torpaq sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətdə aqrotexniki qaydada qulluq göstərilməklə becərilmiş 30 ədəd narkotik xassəsli bitki hesab olunan çətənə kolları aşkar edilib. Polis tərəfindən həmin kollar müsadirə olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR