Türkiyə baş nazirinin erməni əsilli müşaviri vəzifədən kənarlaşdırılıb - VİDEO

Türkiyə baş nazirinin erməni əsilli müşaviri vəzifədən kənarlaşdırılıb - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 12:25 (UTC +04:00)

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, erməni əsilli müşavirin qondarma “erməni soyqırımı” ilə bağlı fikir səsləndirdiyi vaxt rəsmən baş nazirin baş müşaviri vəzifəsində olmadığı üzə çıxıb. 1950-ci il martın 9-da anadan olan Etyen Mahçupyanın bu il martın 9-da 65 yaşı tamam olub. “Həmin gün gələndə yaşla əlaqədar avtomatik olaraq sistemdən kənarlaşdırılırıq. 2-3 gün sonra adımız işçilər siyahısından çıxarılır. Hazırda vəzifəmi fəxri olaraq davam etdirirəm. İndi ölkə xaricindəyəm və buradan fəaliyyət göstərirəm. Yalnız bir dəyişiklik var, o da maaş almamağımdır”, - deyə E.Mahçupyan bildirib.

Qeyd edək ki, Əhməd Davudoğlu baş nazir olduqdan sonra baş müşavir vəzifəsinə təyin etdiyi Etyen Mahçupyan son vaxtlar verdiyi bəyanatlarla gündəmdədir. O, 1915-ci ildə ermənilərə qarşı edilən hərəkətlərə soyqırımı deməməyin mümkünsüz olduğu bəyanatını verib. Ölkə başçısı Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlunun və digər dövlət rəsmilərinin 1915-ci il hadisələri ilə bağlı müxtəlif ölkələrin münasibətinə sərt reaksiya verdiyi bir vaxtda baş müşavirin bu açıqlaması diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR