CAR-da yumurta böyüklüyündə almaz tapılıb

CAR-da yumurta böyüklüyündə almaz tapılıb
# 30 sentyabr 2009 09:15 (UTC +04:00)
Bakı – APA. Cənubi Afrika Respublikasında yumurta böyüklüyündə almaz tapılıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə CAR-ın almaz çıxarılması ilə məşğul olan “Petra Diamonds” şirkəti məlumat yayıb.
Məlumata görə, müstəsna rəngə və təmizliyə malik almazın çəkisi 507,55 karatdır. Bu isə onu dünyanın 20 ən böyük və keyfiyyətli qiymətli daşlarının sırasına yüksəldir. Mütəxəssislərin fikrincə, almazın dəyəri 20 mln. dollar təşkil edir.
Bu qiymətli daş CAR-ın paytaxtı Pretoriyadan şimal-şərqə yerləşən Kullinan şaxtasında tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR