III Bakı Benəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı Lənkərana gəlib - FOTO

III Bakı Benəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı Lənkərana gəlib - <span style="color: red;">FOTO
# 02 noyabr 2013 16:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Noyabrın 2-də III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Lənkərana gəlib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Beynəlxalq Hava Limanında qonaqları Şəhər İcra Hakimiyyətinin (ŞİH) məsul işçiləri, yerli ictimaiyyətin və KİV nümayəndələri qarşılayıblar.


Rayonla tanışlıq xarakteri daşıyan səfər zamanı forum iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Azərbaycan Bayrağı Meydanında, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində, general Həzi Aslanovun ev-muzeyində, İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında, Hirkan Milli Parkında və digər görməli yerlərdə olublar.


Noyabrın 3-də isə xarici qonaqlar Lerik rayonuna səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR