AŞPA nümayəndə heyəti Milli Şuraya daxil olan partiya sədrləri ilə görüşüb

AŞPA nümayəndə heyəti Milli Şuraya daxil olan partiya sədrləri ilə görüşüb
# 12 sentyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyanın nümayəndə heyəti Milli Şuraya daxil olan partiya sədrləri ilə görüşüb.

Bu barədə APA-ya Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər məlumat verib. O qeyd edib ki, görüşdə Azərbaycandakı seçkiqabağı vəziyyət, demokratiya və insan haqlarının durumu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər barədə müzakirələr aparılıb.

Görüşdə ACP sədri Sülhəddin Əkbər, AXCP sədri Əli Kərimli və ALP sədri Əvəz Temirxan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR