Obama və Kemeron: “Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb”

Obama və Kemeron: “Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb”
# 06 mart 2014 06:45 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. “Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb”, - deyə açıqlamada bildirilir.

Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR