Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb, yükdaşıma tarifləri ucuzlaşıb

Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb, yükdaşıma tarifləri ucuzlaşıb
# 06 noyabr 2013 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1% bahalaşıb, yükdaşıma tarifləri 3,4% ucuzlaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4% ucuzlaşıb, tranzit üzrə 4,0%, ixrac və idxal üzrə isə 0,2% bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4% ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2% bahalaşıb.

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5% ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR