Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə kəskin artım müşahidə olunur

Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə kəskin artım müşahidə olunur
# 29 iyul 2013 13:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü ilin yanvar-iyun ayları ərzində icbari sığorta növləri üzrə 498 884 müqavilə bağlanılıb. «APA-Economics»in xəbər verdiyi kimi, Büronun məlumatına əsasən, bağlanılan müqavilələr üzrə toplanmış sığorta haqlarının həcmi 39,339 mln. manata bərabər olub.

O cümlədən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımların həcmi 32,4 mln. manat, daşınmaz əmlakın icbari sığortası üzrə 6,696 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 175,5 min manat və sərnişinlərin icbari fərdi qəza sığortası 68,1 min manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının məbləğində 7% azalma, daşınmaz əmlakın icbari sığortası üzrə 56%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 22% və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4,46 dəfə artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR