Aviqdor Liberman: “İsrailin ATƏT-in Minsk Qrupunda iştirakı ilə bağlı təklif olsa, bu təklifə baxılacaq”

Aviqdor Liberman: “İsrailin ATƏT-in Minsk Qrupunda iştirakı ilə bağlı təklif olsa, bu təklifə baxılacaq”
# 01 may 2014 15:22 (UTC +04:00)

APA-nın məlumatına görə, o, İsrailin Minsk Qrupunda iştirak etməsi barədə təklif gəlməsinə inanmadığını bildirib.ı

“İnanmıram ki, kimsə İsrailin Minsk Qrupunda iştirakını bizə təklif edə. Amma belə bir təklif olsa, biz bu təklifə baxardıq. Bir də baxır bu təklif kimdən gələcək” - deyə nazir qeyd edib.

İsraildə Azərbaycanın səfirliyinin açılması məsələsinə münasibət bildirən A.Liberman bunun rəsmi Bakıdan asılı olduğunu vurğulayıb: “Biz həmişə buna şad olardıq, amma bu, Azərbaycan hökumətindən asılı olan bir qərardır. Hazırda İsraildə səfirlik olmasa da, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Bu gün iki ölkə arasında münasibətlərin daha da intensivləşməsi üçün bir çox şirkət fəaliyyət göstərir. O cümlədən İsrail-Azərbaycan Ticarət Palatasını vurğulamaq olar”.

İran-Azərbaycan münasibətlərinə dair sualı cavablandıran XİN rəhbəri vurğulayıb ki, İsrail digər dövlətlərin daxili işlərinə qarışmır: “Hər ölkənin öz maraqları və qonşuları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR