“Qarabağ” klubların reytinq siyahısında geriləyib

“Qarabağ” klubların reytinq siyahısında geriləyib
# 06 fevral 2014 12:10 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2013-cü il fevralın 1-dən 2014-cü il yanvarın 31-dək olan dövr üçün planetin 200 ən yaxşılarını müəyyənləşdirib.

Ötən ay açıqlanan siyahıda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız 1 komanda təmsil edir. Lakin Ağdamın “Qarabağ” klubu yanvar reytinqi ilə müqayisədə mövqeyini əldən verib. Ötən ay dünyanın 111-cisi olan Qurban Qurbanovun yetirmələri 119,50 xalla 113-cü pillədə qərarlaşıblar.

Son bir ayda 4 klub - “Əl-Əhli” (Misir), “Eştoril” (Portuqaliya), “Udineze” (İtaliya), “Apollon” (Kipr) ağdamlıları keçməyə müvəffəq olub. “Qarabağ”ın 4 deyil, 2 pillə geriləməsi isə tanınmış klublar “İnter” (İtaliya) və “Betis”ın (İspaniya) daha çox geriləyərək, təmsilçimizdən aşağı pillələrə yuvarlanması səbəb olub.


Siyahının ilk pilləsində heç bir dəyişiklik baş verməyib. Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 292 xalla 2-ci, İngiltərə “Çelsi”si 275 xalla 3-cü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR