Azərbaycanda müğənni həbs edilib - APA-TV

Azərbaycanda müğənni həbs edilib - <span style="color: red;">APA-TV
# 06 may 2013 12:27 (UTC +04:00)

APA-nın məlumatına görə, Tunar Rəhmanoğlu yol polisinin mayın 4-də keçirdiyi reyd zamanı saxlanılıb. Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T. Rəhmanoğlu yol polisinə müqavimət göstərib.

Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T. Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar.

Məhkəmənin qərarı ilə T. Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR