SAM-ın direktor müavini Honq-Konqda səfərdə olub

SAM-ın direktor müavini Honq-Konqda səfərdə olub
# 11 may 2013 08:06 (UTC +04:00)

Bakı – APA. Mayın 10-da SAM-ın direktor müavini Gülşən Paşayeva Honq-Konqda səfərdə olub. SAM-dan APA-ya verilən məlumata görə, səfər zamanı G. Paşayeva “Bir ölkə - iki sistem” Tədqiqat İnstitutunun icraçı direktoru Çonq Çi Konq, institutun baş elmi işçiləri Tao Li və Çonq Vay Lam və elmi işçisi Jambon C.L. Çan ilə görüşüb.

G. Paşayeva SAM haqqında ətraflı məlumat verib. “Bir ölkə - iki sistem” Tədqiqat İnstitutunun əməkdaşları isə institutun tarixi, missiyası və tədqiqat istiqamətləri haqqında məruzə ediblər.

Maraqlı keçən müzakirədə gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR