Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib
# 03 iyun 2014 14:07 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzun illərdir, uğurlu əməkdaşlıq həyata keçirildiyi qeyd olunub.

Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulanıb, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanla BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR