Rusiya prezidenti avqustun 16-da İrana səfər edəcək

Rusiya prezidenti avqustun 16-da İrana səfər edəcək
# 24 iyul 2013 12:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya prezidenti Vladimir Putin İrana səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər avqustun 16-da reallaşacaq. V. Putin İrana ölkə prezidentinin dəvəti əsasında səfər edəcək.

Səfərin məqsədi barədə heç bir məlumat verilməyib. Ancaq Rusiyada nəşr olunan “Kommersant” qəzetinin yazdığına görə, V. Putinin İrana səfərində ikitərəfli əlaqələr başda olmaqla Buşəhr Atom-Elektrik Stansiyasının yeni bloklarının inşası, “S-300” hava hücumundan müdafiə sistemlərinin əvəzinə “Anti-2500” hava hücumundan müdafiə sistemlərinin təslimi və rəsmi Tehranın “Rus Abaron Export” şirkəti əleyhinə beynəlxalq məhkəməyə etdiyi şikayətini geri götürməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR