Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 23 oktyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin sentyabr ayında 98,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, avqust ayı ilə müqayisədə indeks 6,7 faiz bəndi azalıb:

Göründüyü kimi, azalma ilə yanaşı indeks 100%-dən aşağı səviyyəyə düşüb ki, bu da aylıq müqayisədə istehsalatda azalmanın olduğunu göstərir. Belə ki, sentyabrda istehsal edilmiş məhsulun dəyəri 2,811 mlrd. manat, avqustda isə 2,864 mlrd. manat təşkil edib. IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda sənaye istehsalının həcmi 25,296 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 0,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR