ABŞ Senatının kəşfiyyat komitəsinin sədri İrana qarşı yeni sanksiyalara qarşı çıxıb

ABŞ Senatının kəşfiyyat komitəsinin sədri İrana qarşı yeni sanksiyalara qarşı çıxıb
# 16 noyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Senatının kəşfiyyat komitəsinin sədri Diana Finstayn İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.

APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, D. Finstayn bildirib ki, İrana qarşı sərt sanksiyaların tətbiqi nüvə məsələsinin həll edilməsində problem yaradacaq: “İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə hansısa nəticənin əldə olunması mümkün olmayacaq”.

Demokrat senator İranla “altılıq” ölkələri arasında gərgin müzakirələrin davam etdiyi ərəfədə ABŞ Konqresi və Senatında İrana qarşı yeni sanksiya qərarlarının alınmasına kəskin şəkildə qarşı çıxacaqlarını deyib: “Digər konqresmenlər və senatorları da bu mövzuda razı salmaq üçün səy göstərəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR