Azərbaycan neftinin Ceyhan limanından ixracı 16% azalıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı 16% azalıb
# 10 yanvar 2014 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayı ərzində 2,1 mln. ton həcmində Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayı ilə müqayisədə 16% azdır. Bu həcmin 1,5 mln. tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən il ərzində isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi daha əvvəlki illə müqayisədə 0,3% azalaraq 29,2 mln. ton olub.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verilən gündən bu ilin yanvarın 1-dək Ceyhan limanından 232,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR