Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 iyunda Azərbaycana dair qəbul etdiyi qətnamə ilə bağlı artıq xeyli yazılıb.
(https://apa.az/siyasi/yeni-qetname-kohne-yanasma-aspa-nin-azerbaycana-qarsi-qerezi-davam-edir-tehlil-976116)
Əlbəttə, AŞPA-nın qəbul etdiyi bu “qətnamə” hüquqi qüvvəyə malik deyil. Aydındır ki, “qətnamə” siyasi xarakter daşıyır, ayrı-ayrı mənbələrə və birtərəfli qiymətləndirmələrə əsaslanır, Azərbaycanın rəsmi mövqeyi, təqdim etdiyi faktlar, hətta açıq mənbələrdəki faktlar belə nəzərə alınmır. Bu “qətnamə” ölkədəki hüquqi, siyasi və regional təhlükəsizlik reallıqlarını əks etdirmədiyi üçün obyektivlik və balans prinsiplərinin qorunmasından çox uzaqdır.
Maraqlı məqam isə “qətnamə”nin AŞPA komitəsində müzakirəsi zamanı baş verənlərdir. Belə ki, Assambleyanın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində belçikalı deputat Kristof Lakrua tərəfindən Azərbaycanla bağlı hazırlanmış hesabat üzrə bu il iyunun 22-də AŞPA-nın Elm, Təhsil və Media Komitəsində başqa bir belçikalı deputat Andries Qriffroy tərəfindən hazırlanmış komitə rəyi müzakirə olunub. Bu rəy üzrə komitədə keçirilən səsvermədə hesabatın lehinə səs verənlər və çıxış edənlər arasında Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Emre də var.
Kimdir bu Yunus Emre?
Yunus Emre Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür və hazırda Türkiyə Böyük Millət Məclisində İstanbul millət vəkili kimi fəaliyyət göstərir. O, Türkiyənin nümayəndə heyətinin tərkibində AŞPA-nın üzvü, parlamentin Xarici İşlər Komissiyasında çalışan deputatdır.
CHP tarixi və sosial demokratiya haqqında bir neçə kitabın müəllifidir. Amma Yunus Emrenin Azərbaycan və Türkiyə əleyhinə məsələlərdə yadına düşən "sosial demokratlığı” adının “FETÖ-çu” kimi hallanmasına mane olmayıb.
CHP daxilində FETÖ ilə əlaqədə olanların olması barədə ittihamları isə ilk dəfə elə hazırkı partiya sədri Kamal Kılıçdaroğlu özü səsləndirib. Hansı ki Kılıçdaroğlu Yunus Emreye "oğlum" deyirdi və evinin ən əziz adamı hesab edirdi.
Kılıçdaroğlunun "CHP-də FETO-çular var" açıqlamalarından sonra mediada və CHP daxilində FETÖ ilə əlaqələrdə ən çox adı çəkilən şəxs məhz Yunus Emre olub. Türkiyə mediası dəfələrlə vurğulayıb ki, Kılıçdaroğlunun Yunus Emreni “bir vaxtlar öz oğlu kimi qəbul etməsinə” baxmayaraq, bu cür sərt açıqlama verməsi onun əlində faktlar olmasına və “işlərin nə qədər irəlilədiyinə” işarədir.
Xüsusilə, 2022-ci ildə Kılıçdaroğlu ilə birlikdə ABŞ səfərinə gedən Yunus Emrenin 8 saat “yoxa çıxması”, həmin müddətdə qaçaraq Pensilvaniyaya baş çəkməsi barədə mediada və sosial mediada geniş müzakirələr var.
Jurnalist Tamar Tanrıyar isə sosial media hesablarında “Yunus Emre CHP-dəki FETÖ imamıdır” yazıb. Lakin onun və medianın, eyni zamanda CHP-dəki bəzi partiyadaşlarının bu ittihamlarına Yunus Emre heç bir açıqlayıcı, şəffaf izahat verə bilməyib.
2023-cü ilə qədər CHP kuluarlarında Yunus Emreni daha çox hər gün Kamal Kılıçdaroğlunun evinə gedib, ona “çay dəmləyib, səhər yeməyi hazırlayan siyasətçi” kimi sarkazmla təsvir edirdilər. Hətta partiya kuluarlarındakı bu dedi-qodular kifayət qədər ciddi media orqanlarında da müzakirə olunurdu, bu yaxınlığın partiyada ciddi narazılığa səbəb olduğu yazılırdı. Amma gün gəlib dövran döndü, Kılıçdaroğlu partiya sədrliyindən uzaqlaşdırıldı. Ona qarşı ilk çıxanlardan biri məhz Yunus Emre oldu. O, U dönüşü ilə Özgür Özelin ən yaxın komandasında yer aldı. 2026-cı ildə məhkəmənin CHP-nin 2023-cü il qurultayını etibarsız saymasından sonra Yunus Emre Özgür Özel tərəfinin əsas simalarından biri kimi çıxış etdi və məhkəmə qərarını "demokratiyaya müdaxilə" adlandırdı.
Yunus Emre indi Azərbaycan əleyhinə qərəzli danışdığı AŞPA-da təmsil etdiyi Türkiyə əleyhinə də dəfələrlə kampaniyalara qoşulub. Türkiyə mediası onun Türkiyə əleyhinə olan qüvvələrlə işbirliyini və çıxışlarını “Türkiyəni xaricdə hədəfə çıxartmaq” kimi qiymətləndirib, tənqid edib.
Azərbaycan həmişə Türkiyəyə dost, qardaş dəstəyini göstərib. Ən başlıcası isə Azərbaycan bütün beynəlxalq platformalarda həqiqətin yanında olub. Özünün geostrateji maraqları ilə yanaşı, həqiqəti, onun aliliyini qoruyub, prinsipial mövqeyi həmişə beynəlxalq hüquqdan, xalqların qərarlarına hörmətdən və həqiqətdən yana olub.
Buna görə də Azərbaycan bütün dostlardan və tərəfdaşlardan, hətta dost olmayanlardan belə, haqlı olaraq ədalətli yanaşma və həqiqətə, onun aliliyinə hörmət gözləyir.
Onu oğlu adlandıran adamı bir göz qırpımında satan, üzvü olduğu partiyanın təməl düşüncəsinin əleyhinə olan bir terror quruluşunun rəhbəri ilə əlaqədə ittiham olunan deputat Yunus Emredən isə həqiqətin aliliyinə hörmət gözləmək özü də əbəsdir.
Adını daşıdığı Yunus Emre belə deyib:
İçin dışın mundar iken
dost neylesin senin ile...
... dost değilsen dost yolunda
Ar neylesin senin ile!
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Siyasi
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər: Qadağa deyil, qorunma mexanizmi – TƏHLİL
Kütləvi məzarlıqlara dair etiraf: ICMP Baş direktoru Azərbaycanın illərdir səsləndirdiyi həqiqətləri təsdiqləyir - ŞƏRH
Liderlik, sabitlik və milli maraqlar: Xalqın İlham Əliyevə etimadı tamdır – TƏHLİL
İsrailin qondarma “erməni soyqırımı” qərarı: Türkiyənin yanında ilk dayanan yenə Azərbaycan oldu - TƏHLİL
Xəbər Lenti
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB-3
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin" bahalaşmaqda davam edib
Braziliyanın XİN rəhbəri ABŞ-ın hərbi müdaxiləsi riskinin artması barədə xəbərdarlıq edib
Bazar ertəsi axşamdan səhər saat 6-ya qədər Moskvaya yaxınlaşan 36 dron vurulub
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb
Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Portuqaliya millisinin baş məşqçisi istefa verib
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq
Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb
DÇ-26: İspaniya Portuqaliyanı məğlub edərək, 1/4 finala çıxıb
Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb
Böyükşor-Pirşağı yolunda avtomobil işıq dirəyinə çırpılaraq, iki yerə ayrılıb, yanğın olub - FOTO - VİDEO
Moskvada raket təhlükəsi elan olunub
Məhkəmə İspaniya Baş nazirinin həyat yoldaşının NATO sammitində iştirakına icazə verməyib
Tramp Si Cinpinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini deyib
İsrail Qəzzada HAMAS-ın təlim idarəsinin komandirini öldürüb
Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub
Mərdəkanda bir nəfər dənizdə boğulub, iki nəfər xilas edilib, birinin axtarışı davam etdirilir
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Ərdoğan NATO Baş katibi ilə görüşüb
Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Rutte: Rusiya müharibədə qalib gələ bilmədi, NATO Ukraynanı dəstəkləməyə davam edəcək
Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edəcək
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib
Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub