İrəvanda növbəti “Talana yox” aksiyası keçirilib

İrəvanda növbəti “Talana yox” aksiyası keçirilib
# 28 may 2015 08:09 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Mayın 27-də İrəvanın Azadlıq meydanında elektrik enerjisinin bahalaşmasına etiraz olaraq “Talana yox” aksiyası keçirilib.

APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə aksiya iştirakçıları bir sıra şüarlarla səsləndirməklə yanaşı, Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb ediblər.

Aksiya iştirakçıları küçə və prospektlərdən keçməklə yürüş edib, sonda yenə Azadlıq meydanına qayıdıblar.

Yürüş zamanı avtomobil sürücüləri də aksiyaçılara dəstək verib. Onlar dəstəklərini siqnal verməklə bildiriblər.

Növbəti aksiya iyunun 19-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR