® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Uşaq bağçasında “Əlvida bağça” adlı bayram tədbiri keçirilib

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Uşaq bağçasında “Əlvida bağça” adlı bayram tədbiri keçirilib
# 31 may 2016 14:05 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Uşaq bağçasında “Əlvida bağça”adlı bayram tədbiri keçirildi. Tədbir məktəbəhazırlıq qrup uşaqlarının məktəbə yola salınmasına həsr olunmuşdu.Tədbirdə valideynlər və qonaqlar iştirak edirdilər.

Bayram proqramı bir-birindən maraqlı nömrələrlə zəngin idi. Uşaqlar bağça dövründə qazandıqları bilik və bacarıqları məharətlə nümayiş etdirdilər. Onlar vətənpərvərlik , bağça və məktəb mövzularında azərbaycan, ərəb, ingilis və rus dillərində şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdilər. Rəngarəng rəqs nömrələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Sonda uşaqları bağçanın müdiri Təranə xanım Hüseynova və Kompleksin direktorunun birinci müavini Samir Xanlarov təbrik edərək onlara məktəb həyatında uğur və nailiyyətlər dilədilər.

Valideynlər çıxış edərək öz növbəsində bağça kollektivinə təşəkkür etdilər.

Uşaqlara diplom və xatirə hədiyyələri təqdim olundu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR