Ali məktəblərə qəbul olmaq üçün 26 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 26 mindən çox abituriyent ixtisas seçimi edib
# 01 avqust 2014 09:16 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11-dək 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR