Elmar Məmmədyarov: “Ermənistan öz siyasətini dəyişdirsə, regional layihələrdə iştirak edə bilər”

Elmar Məmmədyarov: “Ermənistan öz siyasətini dəyişdirsə, regional layihələrdə iştirak edə bilər”
# 19 fevral 2015 12:31 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Tamar Beruçaşvili ilə görüşündə deyib.

E. Məmmədyarov bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələri Azərbaycan və Gürcüstanla bərabər bütün regionun inkişafı üçün zəmin yaradır. Nazir Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdən kənarda qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini söyləyib: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycana deyil, Ermənistana da əziyyət verir, çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan öz siyasətini dəyişdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək versə, əlbəttə, Ermənistan da bu layihələrdə ola bilər və olacaq. Biz inanırıq ki, gec-tez bu fikir Ermənistan rəhbərliyinin ağlına gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR