Suriyada silahlılar ordunun 6 havadan müdafiə batareyasını ələ keçirib

Suriyada silahlılar ordunun 6 havadan müdafiə batareyasını ələ keçirib
# 10 dekabr 2012 23:36 (UTC +04:00)

APA-Bakı. İdlib vilayətin Maarat-Haaman şəhərində hökumət qüvvələri ilə silahlılar arasında şiddətli döyüşlər baş verib. Döyüş zamanı üsyançılar nizami ordunun 6 havadan müdafiə batareyasını ələ keçirib.

Suriyanın İdlib vilayətində baş verən döyüşlərdə nizami ordunun 22 əsgəri həlak olub. Daha ağır vəziyyət Deyr-əz-Zor şəhərində müşahidə olunur. İraq sərhədinin 50 kilometrliyində yerləşən bu strateji əhəmiyyətli şəhər hökumət qüvvələrinin nəzarəti altında qalmaqdadır. Məlumata görə, orduya qarşı bu şəhərdə “Cəbhə an-nüsrə” (“Qələbə cəbhəsi”) ekstremist təşkilatının silahlıları çıxış edir. Bu təşkilatda ərəb və Asiya ölkələrindən xeyli muzdlu silahlı təmsil olunub.

Hələb şəhərində şiddətli döyüşlər şəhərin şimal məhəllələrində davam edir. Ordu birləşmələrinə özünümüdafiə qüvvələrin köməkliyi ilə silahlıların azad olunmuş rayonlara əks-hücumlarını dəf etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR