Qubanın Külçeyi kəndinə yenidən təbii qaz verilib

Qubanın Külçeyi kəndinə yenidən təbii qaz verilib
# 03 oktyabr 2015 11:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Quba rayonunun Küçeyi kəndinə yenidən təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Mikayıl İsmayılov və Bədəl Bədəlov, Quba rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə bildirilib ki, 202 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14414 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R. Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrin “mavi yanacaq”la intensiv şəkildə təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.

SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR