Azərbaycanda elektron məhsullar və elektrik avadanlıqların istehsalı artıb

Azərbaycanda elektron məhsullar və elektrik avadanlıqların istehsalı artıb
# 22 aprel 2011 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqların istehsalı sahəsində məhsul istehsalının həcmi 37,4 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə istehsal olunmuş sözügedən məhsulların dəyəri ötən ilin analoji aylarına nisbətən 3,2 dəfə artıb.

«Elektrik avadanlıqların istehsalında 2,4 dəfə artım müşahidə olunub, o cümlədən güc transformatorları istehsalı 7,2 dəfə artıb. Rüb ərzində 3,2 min ədəd və ya 2 dəfə çox televizor, 704 ədəd və ya 37% çox soyuducu istehsal olunub», - deyə Komitədən bildirilib.

Eyni zamanda, 2011-ci il aprelin 1-nə müəssisələrin anbarlarında 8,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,9%-i qədər hazır məhsul ehtiyatı olub. Hazır məhsulun dəyəri ötən ildəkinə nisbətən 2,4% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR