Azərbaycan XİN Suriya ilə Türkiyə arasında yaranmış gərginliyə münasibət bildirib
25 iyun 2012 11:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu hadisə gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət etmir: “Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır”.
E. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki pilotunun öldüyü güman olunur.

Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024