Belarusun baş naziri: “Azərbaycan niyə Belarus banklarından birini almasın?”

Belarusun baş naziri: “Azərbaycan niyə Belarus banklarından birini almasın?”
# 07 iyul 2011 15:09 (UTC +04:00)
Əsas odur ki, şəhərdə quruculuq işləri aparılır, şəhərin gözəl gələcəyi var. İnkişafın əsas mahiyyəti də budur”. APA-nın Qərb bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan Belarusun baş naziri Mixail Myasnikoviç bildirib.

Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodu təkcə Azərbaycan-Belarus birgə müəssisəsi deyil: “Biz bu müəssisəni artıq transmilli korporasiyaya çevirməyə hazırlaşırıq. Bununla da qarşımızda böyük perspektivlər, böyük gələcək var. Əminəm ki, həm ticari münasibətlərimiz, həm elmi-texniki əməkdaşlığımız çoxtərəfli olacaq və xalqlarımızın dövlətlərimizin çiçəklənməsinə xidmət edəcək”.

Baş nazir Azərbaycana səfəri çərçivəsində bir çox məsələlərin müzakirə olunacağını deyib: “Əsas müzakirə predmeti sərmayə qoyuluşu məsələləri və bu sahədə qarşılıqlı əməkdaşlıq olacaq. Ölkələrimiz arasında münasibətlər təkcə iqtisadi-ticari, inkişaf edən münasibətlər olmamalıdır. Bu, həm də irəli doğru atılmış prinsipial bir addım olmalıdır. Məncə, biz daha ciddi əməkdaşlıq bazası qurmalıyıq. Məsələn, Azərbaycan niyə Belarus banklarından birini, yaxud onun bir hissəsini almasın? Bu, həm kapitalın diversifikasiyası, həm də Azərbaycanın Belarus maliyyə bazarında iştirakı demək olardı”.

Qeyd edək ki, bu gün Belarusun baş naziri Mixail Myasnikoviçin rəhbərliyi ilə böyük nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər Gəncə şəhərindən başlayıb, burada Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında əməkdaşlığa dair sazişlər, həmçinin Almaniyanın “Haller” şirkəti ilə niyyət memorandumu imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR