«Portu» Avroliqanın yeni qalibidir

«Portu» Avroliqanın yeni qalibidir
# 18 may 2011 22:47 (UTC +04:00)
Bakı-APA. Bu gün Avroliqanın yeni qalibinin adı müəyyənləşib. İrlandiyanın paytaxtı Dublində keçirilən finalda Portuqaliyanın “Portu” və “Braqa” klubları üz-üzə gəliblər. Görüş 1:0 hesabı ilə «Porto»nun xeyrinə başa çatıb. Topu birinci hissənin 45-ci dəqiqəsində kolumbiyalı Radomir Falkao vurub. Beləliklə, «Portu» tarixində ikinci dəfə UEFA kubokunun sahibi olub. Qeyd edək ki, UEFA kuboku kimi tanınan yarış 2009/10 mövsümündən Avroliqa adlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR