«Nabucco» layihəsinə texniki dəstək verəcək şirkət müəyyənləşib
21 dekabr 2011 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mühəndislik və layihə idarəetməsi xidmətləri üzrə dünya liderlərindən biri olan «WorleyParsons» şirkəti «Nabucco» layihəsində texniki dəstək xidmətləri göstərməyə başlayıb.
«Nabucco Gas Pipeline International GmbH» konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, «WorleyParsons» dizaynın yoxlanması və təhlili, sərmayə və əməliyyat xərclərinin təhlili və modelləşdirilməsi, mühəndislik fəaliyyətinin idarə edilməsi və kompressor stansiyalarının dizaynı üzrə NIC və NNCs şirkətləri ilə əməkdaşlıq edəcək.
«WorleyParsons» energetika, resurslar və mürəkkəb istehsal prosesləri sahələrində professional xidmətlərin aparıcı təchizatçısıdır. Şirkətin xidmətləri yeni aktivlərin yaradılmasından əməliyyat aktivlərinin dəyərini saxlayan və artıran xidmətlərədək, həm həcm, həm də istifadə müddəti baxımından geniş xidmət spektri əhatə edir.
Qeyd edək ki, «WorleyParsons» 43 ölkədə 143 ofisi üzrə 35 mindən çox işçisi olan geniş qlobal təşkilata malikdir. Şirkət son illərdə müxtəlif sifarişçilər üçün və müxtəlif mühitlərdə 120 min km-dən çox boru kəmərlərinin çəkilməsi üzrə layihələrə cəlb edilib.

Sənaye və energetika
Türkiyə növbəti atom elektrik stansiyasının tikintisində iştirak payını artıracaq
12:06
2 may 2024
“Azərbaycan Respublikasının enerji balansı” elektron məlumat bazası yaradılacaq
10:25
2 may 2024
Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası təsdiqlənib
10:18
2 may 2024
ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb
09:49
2 may 2024