İlham Əliyev Davosda “Lukoyl” şirkətinin prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Davosda “Lukoyl” şirkətinin prezidenti ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2017 20:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan ilə “LUKOIL” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlət başçısı “LUKOIL” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

***

19:44

Azərbaycan prezidenti İlham Əliyev Davosda Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR