BDU İtaliya və Monteneqro universitetləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU İtaliya və Monteneqro universitetləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb
# 30 sentyabr 2016 14:38 (UTC +04:00)

Bakı-APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İtaliya, Monteneqro, İspaniya, Macarıstan universitetlərinin nümayəndə heyətləri Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU barədə ətraflı məlumat verib, son illər elm və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndiyini vurğulayıb. Rektor bu görüşün universitetlərarası münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirib.

İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollinini, Kassino və Cənubi Latsio Universitetinin rektoru Covanni Bettanı, Monteneqronun Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdikdən sonra həmin universitetlərlə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Görüşdə forum çərçivəsində ölkəmizdə olan UNESCO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones, İtaliyanın Qenuya Universitetinin prorektoru Quido Franko Amoretti, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, Macarıstandan olan professor Qabor Həmzə də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR