Bakı. Şəhriyar Əlizadə - APA. “Azəriqaz” İstehsalat Birliyi (İB) “Xan Bağı” restoranının rəhbəri Namiq Qaybalıyevi məhkəməyə verib.
APA-nın məlumatına görə, İB qanunsuz tikilinin sökülməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.
Həmin qətnamə ilə razılaşmayan İB apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.