Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək
# 21 oktyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan və Kosta-Rika diplomatlara təlim verilməsi üzrə əməkdaşlıq edəcək.

ADA Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti və Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında imzalanan anlaşmada qeyd olunub. Memorandum xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz tərəfindən imzalanıb.

Azərbaycanda səfərdə olan Manuel Qonzales Sanzla görüş zamanı Hafiz Paşayev bildirib ki, Kosta-Rika və Azərbaycan iki inkişaf edən bölgənin tərkib hissəsidir. Rektor ADA Universitetində əcnəbi tələbələr üçün xüsusi təqaüd proqramı barədə də məlumat verib və qeyd edib ki, ADA-da 40 müxtəlif ölkəni təmsil edən tələbə heyəti arasında bu günə kimi Latın Amerikası bölgəsindən tələbələr də təhsil alıblar. Burada həmçinin Kosta-Rikada fəaliyyət göstərən BMT-nin Sülh Universitetindən müəllimlər akademik mübadilədə iştirak ediblər.

Görüşdən sonra qonaq tələbələr qarşısında mühazirə ilə çıxış edərək ölkəsinin xarici siyasət prioritetləri, qlobal səhnədə baş verən hadisələrə dair mövqeyini izah edib və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR